Sinifdənxaric və məktəbdənkənar işlər üzrə müsabiqə elan edilir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan “Uşaqlarla sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı” vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə 4 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 07 yanvar 2026-cı il saat 18:00 tarixindən 15 yanvar 2026-cı il saat 18:00-dək link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Vakansiya üzrə müraciət etmiş və keçid balını toplamış bütün namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunacaq. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil ediləcək.
Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcək.
-
Yeganəİşə ehtiyacım var . Bu sahədə özümü lazımlı bilirəm .2 ay əvvəlCavablaLike (0) -
ZərxanımSabirabad2 ay əvvəlCavablaLike (0) -
ZenfiraЯ люблю работать с детьми. И хотела бы найти себе работу.2 ay əvvəlCavablaLike (1) -
Səidə Rəsulovaİş ehtiyacım var. Əməkdaşlıq etmək isterdim.2 ay əvvəlCavablaLike (1) -
SənubərSalam.Linkə daxil olmaq olmur.Necə qeydiyyatdan keçə bilərik2 ay əvvəlCavablaLike (0) -
NişanəVakansiya elanına göre müraciət edirem2 ay əvvəlCavablaLike (2)



