STK-da “Bahar nəfəsli sənət izləri” adlı tədbir keçirilib

11 Mart, 2026 - 16:58
STK-da “Bahar nəfəsli sənət izləri” adlı tədbir keçirilib

Martın 11-də Sənaye və Texnologiya Kollecində (STK) tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, müəllimlərdən Xatirə Quliyeva, Aynur Rzaquliyeva, İlahə Nuriyeva  və Nərmin Kərimovanın təşkilatçılığı ilə “Bahar nəfəsli sənət izləri” adlı Novruz tədbiri keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Sadiq Qurbanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, Günay Əfəndiyeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Pərvanə İsmayılova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri, Rəssamlıq Akademiyasının müəllimi Sevinc Ələsgərova, Adil Balayev, ADPU-nun dosenti və Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri iştirak ediblər.

Öncə bayram tədbirində “Dekorativ tətbiqi sənət” (Zərgərlik) və “Tikiş məmulatlarının texnologiyası” ixtisaslarında təhsil alan tələbələrin əl işləri sərgiləndi. Tədbirdə kollecin direktoru Nasim Abışov və qonaqlardan Sadiq Qurbanov, Günay Əfəndiyeva bildirdilər ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb.

Tədbirdə tələbələr baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeir söyləyib, mahnı oxuyub, maraqlı səhnəciklər nümayiş etdirib və rəqs nümunələri göstəriblər. Eyni zamanda Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kolleci ilə əməkdaşlıq çərçivəsində kollecin tələbələri də mahnı ifa ediblər.