Sumqayıt məktəbliləri ISEF-in finalına vəsiqə qazanıblar
XV “Sabahın alimləri” müsabiqəsinin qalibləri — Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdi Şəms Nəbiyeva və Texniki təbiət elmləri liseyinin şagirdi Göyçək Alızadə — ABŞ-də keçiriləcək ISEF - Beynəlxalq Elm və Mühəndislik Yarışmasının final mərhələsinə vəsiqə qazanıblar.
Bu barədə "Azərbaycan müəllimi"nə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, bu iki məktəblidən ibarət komandanın elmi rəhbəri Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika və STEAM müəllimi Aliyə Əhmədova olub. Komanda XV “Sabahın alimləri” müsabiqəsində tibb və biologiya nominasiyası üzrə "İNSTA" layihəsi ilə qızıl medala layiq görülüb.



