Tam Günəş tutulması baş verib – FOTOLAR

13 Avqust, 2026 - 09:53
Tam Günəş tutulması baş verib

İyirmi ildən artıq müddətdən sonra ilk dəfə Avropanın materik hissəsinin bəzi ərazilərindən tam Günəş tutulmasını müşahidə etmək mümkün olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, Ayın Yer ilə Günəş arasından keçərək Günəşin diskini tamamilə örtməsi nəticəsində yaranan nadir astronomik hadisəni İslandiya və İspaniyada milyonlarla insan izləyib.

Bu, İspaniyanın materik hissəsindən 1905-ci ildən bəri ilk dəfə tam Günəş tutulmasının müşahidə olunması ilə də yadda qalıb.

Tam Günəş tutulması zamanı Ayın kölgəsi Günəşin görünən səthini tamamilə örtür. Tutulmanın tam mərhələsini müşahidə etmək yalnız Ayın kölgəsinin düşdüyü məhdud ərazilərdə mümkün olur. Hadisənin qismən mərhələsi isə ABŞ-ın bəzi əraziləri, Kanadanın böyük hissəsi, Avropanın əksər ölkələri və Afrikanın şimal-qərbində müşahidə edilib.

Növbəti tam Günəş tutulması nə vaxt olacaq?

NASA-nın məlumatına görə, növbəti tam Günəş tutulması 2 avqust 2027-ci ildə baş verəcək. Bu dəfə tutulma İspaniyanın cənubundan, Şimali Afrikadan, Səudiyyə Ərəbistanından və Yəməndən keçəcək.

Kolorado ştatının Boulder şəhərində yerləşən Atmosfer və Kosmik Fizika Laboratoriyasının Günəş astrofiziki Rayan Frenç bildirib ki, 2027-ci ildəki tutulma xüsusilə diqqətəlayiq olacaq. Onun sözlərinə görə, tam tutulma mərhələsi 6 dəqiqədən çox davam edəcək və bu, insan ömrünün qalan hissəsində baş verəcək ən uzun tam Günəş tutulması olacaq.

Fotolar: CNN

Tam Günəş tutulması baş verib
Tam Günəş tutulması baş verib
Tam Günəş tutulması baş verib
Tam Günəş tutulması baş verib
Tam Günəş tutulması baş verib
Tam Günəş tutulması baş verib
Tam Günəş tutulması baş verib