Təhsil işçilərinin NƏZƏRİNƏ! “Dərsdinləmə vərəqi” hazırlanıb

25 Sentyabr, 2026 - 09:36
Təhsil işçilərinin NƏZƏRİNƏ!

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi “Dərsdinləmə vərəqi” hazırlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Dərsdinləmə vərəqi” tədris prosesinin müşahidə edilməsini optimallaşdırmaq məqsədi daşıyır.

Material müəllimlər, metodistlər, Regional Təhsil İdarəsi və Şəhər Təhsil İdarəsi nümayəndələri, məktəb direktorları, direktor müavinləri üçün dərs müşahidəsi və təhlili zamanı praktik vasitə kimi nəzərdə tutulub.

“Dərsdinləmə vərəqi” ilə tanış olmaq üçün keçidə daxil ola bilərsiniz:

Dərsdinləmə vərəqi