Təhsil Nazirliyi 1020 vakant vəzifə təqdim edib - Azər Əmiyev
“Sərgidə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən ümumilikdə 1020 vakant vəzifə təqdim edilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Karyera sərgisi 2026”-da nazirliyin sektor müdiri Azər Əmiyev deyib.
Nazirlik rəsmisi bildirib ki, 20 dövlət qulluğu vəzifəsi vakant çıxarılıb:
“Bundan əlavə 551 müəllimlərin işə qəbulu üzrə vəzifə, 23 məktəbdənkənar təhsil müəssisələrində vakant yer, 124 peşə təhsil müəssisələrində vakant yer, 44 məktəbəqədər təhsil müəssisələrində vakant yer, 171 tədris yardımçı heyət üzrə vakant yer, 87 ümumitəhsil müəssisələrində direktor və direktor müavini vəzifəsi işaxtaranlar üçün təqdim olunur” .
O bildirib ki, sərginin əsas məqsədi əmək bazarının tələbləri ilə insan resursları potensialı arasında əlaqələrin gücləndirilməsi, gənclərin məşğulluq imkanlarının genişləndirilməsi, ixtisaslı kadrların müvafiq vakansiyalar barədə məlumatlandırılmasıdır.




