Təhsil tələbə krediti alan tələbələrin 766 min manat borcu bağışlanıb
Təhsil müddəti ərzində kreditlərin geri ödənişinin tələb olunmaması tələbələrə diqqəti yalnız təhsil prosesinə və akademik nəticələrə yönəlməyə imkan verir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan bildirilib.
Qeyd edilib ki, mövcud qaydalara əsasən yüksək akademik göstəricilərə malik tələbələr üçün kredit məbləğinin müəyyən hissəsinin bağışlanması mexanizmi tətbiq edilir.
Məlumata görə, fond təsis edildiyin gündən bu günədək geriödəmə mərhələsinə keçmiş 691 sosial təhsil tələbə krediti üzrə 50 faiz, 1 684 standart təhsil tələbə krediti üzrə isə 25 faiz güzəşt tətbiq edilib. Nəticədə tələbələr üçün ümumilikdə 766 min manatdan artıq vəsait bağışlanıb.




