Təhsil tələbə kreditlərinə xərclənən vəsaitin miqdarı açıqlanıb
Bu günədək təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
O bildirib ki, vəsaitlərin təxminən 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan çox hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşüb.
Bəhruz Əzimov qeyd edib ki, təhsil tələbə kreditləri respublikanın bütün bölgələrini əhatə edir və region gənclərinin ali, orta ixtisas və peşə təhsili almaq imkanlarını artırır.


