Təkrar keçiriləcək magistraturaya qəbul imtahanına qeydiyyat BAŞLAYIR
14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak etmək üçün bakalavrların ərizə qəbulu 23 may saat 23:59-dək internet vasitəsilə aparılır.
Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.
Qeydiyyat linki: https://eservices.dim.gov.az/erizemag/erize
İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək.
Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.
Qeyd 1: 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
Qeyd 2: Qəbul imtahanında 2 və ya 3 dəfə iştirak etmiş bakalavrlar ixtisaslaşma seçimi zamanı müsabiqə şərtlərini ödəyən ən yüksək nəticələrini seçə bilərlər.



