Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR

3 Avqust, 2026 - 10:51
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə

Yeni təmayül tədris modeli tətbiq olunan məktəblərdə işləmək istəyən müəllimlərin müsahibəsi başlayır.

"Azərbaycan müəllimi" xəbər verir ki, yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrinə işə qəbul üzrə müəllimlərin müsahibəsinə 3 avqustdan etibarən start verilir.

Məlumata görə, ilkin olaraq, buraxılış fənləri - Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil üzrə fənn müəllimlərinin müsahibəsi nəzərdə tutulub.

Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək. Elektron qəbul mərkəzləşmiş formada həyata keçirilir. Qeydiyyatdan keçmiş şagirdlərin siyahısı, buraxılış imtahanının nəticələri və digər zəruri məlumatlar hazırlanaraq məktəblərə göndərilir. Məktəblər isə valideyn və şagirdləri məktəbə dəvət edir. Valideynlərin ərizəsi əsasında şagirdlərin məktəbə qəbulu rəsmiləşdirilir. Məktəblərdə bütün təmayül istiqamətləri üzrə şagirdlərin qəbulu yekunlaşdıqdan sonra nəticələr açıqlanacaq.

Qeyd edək ki, yeni təmayül tədris modeli tətbiq olunan məktəblərə şagird qəbulu isə 1 sentyabr tarixinədək uzadılıb.