Təmayül tədris modeli üzrə məzunların qəbul göstəricisi 95 faizdən çox olub - MÜTDA direktoru

15 Sentyabr, 2026 - 10:04
Təmayül tədris modeli üzrə məzunların qəbul göstəricisi 95 faizdən çox olub

"Yeni təmayül tədris modeli üzrə təhsil almış məzunların ali məktəbə qəbul göstəricisi 95 faizdən çox olub".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümümi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, yeni təmayül tədris modeli layihəsi bölgələrdə də icra olunur:

"Bunun icrasına 2024-cü ildən başlamışıq. Layihəyə ilk olaraq 5 məktəbdə başlanılmışdı. Ötən tədris ilində isə bu 14 məktəbdə aparılmışdı. Bu layihənin mahiyyəti ondan ibarətdir ki, 11-ci siniflərdə şagirdlərin ali təhsil müəssisələrinə, onların seçdikləri ixtisas qruplarına uyğun hazırlıqları təşkil olunur.  Sevindirici xəbər ondan ibarətdir ki, ötən tədris ilində bizim ilk məzunlarımız və bu məzunların sayı da 400-ə yaxın olub. Onların ali təhsil müəssisələrinə qəbulu 95 faizdən çox olub.  Yeni tədris ilindən etibarən bu məktəblərin sayı 90-a çatdırılacaq. Bu paytaxt məktəbləri ilə yanaşı ölkənin digər regionlarını da əhatə edir. Eyni zamanda yeni məktəblər üzrə artıq 16 minə yaxın şagirdin qeydiyyatı aparılıb".