Tərbiyəçi-müəllim vəzifəsi üzrə keçirilən imtahanın nəticələri bu tarixdə AÇIQLANACAQ

13 Avqust, 2026 - 09:38
Tərbiyəçi-müəllim vəzifəsi üzrə keçirilən imtahanın nəticələri bu tarixdə

İcma Əsaslı Məktəbəqədər Təhsil Layihəsi üzrə keçirilmiş işə qəbul imtahanlarının nəticələri 20 avqust 2026-cı il tarixinədək açıqlanacaq. 

"Azərbaycan müəllimi" xəbər verir ki, nəticələr namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.

Növbəti mərhələlərlə bağlı məlumatlar layihənin rəsmi kommunikasiya kanalları vasitəsilə paylaşılacaq.