Tərbiyəçi-müəllimlərin sertifikasiyası bu formada təşkil olunacaq

19 Sentyabr, 2026 - 20:51
Tərbiyəçi-müəllimlərin sertifikasiyası bu formada təşkil olunacaq

Məktəb müəllimlərinin sertifikatlaşdırılmasında tətbiq olunan mexanizm dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün də əsas götürüləcək.


“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İctimai Televiziyanın “Pressinq” verilişində bildirib.

O qeyd edib ki, tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq. Prosesdə təxminən 12 min tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Sertifikatlaşdırmanın noyabr ayında keçirilməsi planlaşdırılır:

“Tərbiyəçi-müəllimlər proses barədə əvvəlcədən məlumatlandırılacaq və müvafiq dəvətlər təxminən bir ay əvvəl göndəriləcək”, - deyə E.Bağırov qeyd edib.