Təsviri incəsənət müəllimlərinin nəzərinə! Sertifikasiya mövzuları AÇIQLANDI
2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.
“Azərbaycan müəllimi” təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsi üzrə qiymətləndirmə çərçivəsinə əsasən, təsviri incəsənət müəllimləri üçün imtahan sualları üzrə mövzuları təqdim edir.
Təsviri incəsənət müəllimləri sertifikatlaşdırma imtahanında 2 məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verməli olacaqlar. Sualların məzmun sahələri üzrə bölgüsü aşağıdakı kimidir:
– Cəmiyyət və təsviri sənət – 30 sual
– Təsviri və dekorativ yaradıcılıq – 20 sual
Məzmun sahələri üzrə mövzular
– Təsviri sənətin növləri: tarixi və xarakterik xüsusiyyətləri
– Boyakarlıq
– Qrafika
– Heykəltaraşlıq
– Dekorativ-tətbiqi sənət
– Memarlıq
Təsviri sənətdə janrlar: tarixi və xarakterik xüsusiyyətləri
– Mənzərə
– Portret
– Natürmort
– Əsatir
– Animalist
– Tarixi
– Batal
– Marina
– Məişət
Dünya təsviri sənətinin tarixi mərhələləri:
– Qədim dövrdə təsviri sənət
– Misir təsviri sənəti
– Babil və Assuriya təsviri sənəti
– Yunan-Roma təsviri sənəti
– Çin təsviri sənəti
– Bizans təsviri sənəti
– İntibah dövrü təsviri sənəti
– Avropa təsviri sənəti – XVII əsr
– Azərbaycan təsviri sənəti qədim dövr və ilk orta yüzilliklərdə
– Azərbaycan təsviri sənəti – XI-XVII əsrlərdə
– XIX-XX əsr Azərbaycan təsviri sənəti
Azərbaycan və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri və onların yaradıcılığı
Azərbaycan rəssamları
– Soltan Məhəmməd, Müzəffər Əli, Sadiq bəy Əfşar, Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab, Usta Qəmbər Qarabaği, Əcəmi Əbubəkir oğlu Naxçıvani, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Fuad Əbdürrəhmanov, Mikayıl Abdullayev, Elmira Şahtaxtinskaya, Vəcihə Səmədova, Lətif Kərimov, Eldar Mikayılzadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, İbrahim Zeynalov, Tahir Salahov, Ömər Eldarov, Kamil Əliyev, Mirəli Mirqasımov, Rasim Babayev, Böyükağa Mirzəzadə, Fuad Əbdürrəhmanov, Sadıq Dadaşov, Cavad Mircavadov, Mikayıl Useynov, Fərhad Xəlilov, Arif Hüseynov, Sakit Məmmədov, Fazil Nəcəfov
Xarici rəssamlar
– Leonardo da Vinçi, Mikelancelo, Rafael Santi, Albrext Dürer, Memar Sinan, İlya Repin, Qriqori Qaqarin, Rembrandt, Velaskes, Karavacco, Jan Ogüst Dominik Enqr, Ejen Delakrua, Fransisko Qoyya, Van Qoq, Jak Lui David, Eduard Mane, Klod Mone, Ogüst Renuar, Pol Qogen, Anri Matis, Ogüst Roden, Pol Sezann, Pablo Pikasso, Salvador Dali, Vasili Kandinski, Naum Qabo, Paul Klee (Pol Kli), Xuan Miro, Henri Spenser Mur, Alberto Cakometti
Təsviri sənətdə üslub və cərəyanlar:
➢ Abstraksionizm
➢ Avanqardizm
➢ Akademizm
➢ İmpressionizm
➢ Postimpressionizm
➢ Konstruktivizm
➢ Kubizm
➢ Modernizm
➢ Klassisizm
➢ Fovizm
➢ Neoklassisizm
➢ Primitivizm
➢ Simvolizm
➢ Sürrealizm
➢ Romantizm
Təsviri incəsənətdə təsvir qaydaları və ifadə vasitələri:
➢ Xətt, ştrix, ton, rəng, kolorit, ləkə
➢ Məkan, forma, həcm, material
➢ Kompozisiya, perspektiv qaydalar
➢ Format, nisbət, quruluş


