Tovuzda şagirdlər valideynləri ilə yarışırlar
Tovuz rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində valideynlər və şagirdlərin iştirakı ilə bilik və idman yarışları keçirilir.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, müxtəlif idman və bilik müsabiqələrində şagirdlər öz valideynləri ilə bir komanda şəklində mübarizə aparırlar.
Fəaliyyətin əsas məqsədi məktəb–valideyn əməkdaşlığını gücləndirmək, valideynlərin məktəblə əlaqəsini daha da möhkəmləndirmək və şagirdlərdə özünəinam, motivasiya hisslərini artırmaqdır.



