TTKF Qızıl Mükafata layiq görülüb

30 İyul, 2026 - 14:10
TTKF Qızıl Mükafata layiq görülüb

Təhsil Tələbə Krediti Fondunun (TTKF) "Elektron Təhsil Tələbə Krediti" rəqəmsal platforması dünyanın nüfuzlu rəqəmsal kommunikasiya müsabiqələrindən biri olan "dotCOMM Awards" 2026 çərçivəsində Qızıl mükafata (Gold Award) layiq görülüb.

Bu barədə "Azərbaycan müəllimi"nə TTKF-dən məlumat verilib.

Bildirilib ki, bu beynəlxalq uğur təhsil xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşlara şəffaf və əlçatan xidmətlərin təqdim edilməsi istiqamətində həyata keçirdiyimiz sistemli fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.