TTKF tələbələrlə 84 mindən çox kredit müqaviləsi bağlayıb

18 İyun, 2026 - 10:40
TTKF tələbələrlə 84 mindən çox kredit müqaviləsi bağlayıb

Təhsil Tələbə Krediti Fondu tərəfindən beş il ərzində 35 Anlaşma Memorandumu imzalanıb, 1 981 tələbə müxtəlif təlim proqramlarına cəlb edilib, 655 tələbə və məzun təcrübə imkanlarından yararlanmış, 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan bildirilib.

Qeyd edilib ki, bu gün Təhsil Tələbə Krediti Fondunun 5 illik fəaliyyəti 84 mindən çox təhsil tələbə krediti müqaviləsi, 80 milyon manatdan artıq maliyyə dəstəyi, 100 mindən çox maarifləndirmə tədbiri iştirakçısı və beynəlxalq səviyyədə əldə olunmuş uğurlarla xarakterizə olunur. Bu göstəricilər yalnız statistik rəqəmlər deyil, minlərlə gəncin təhsil arzularının gerçəkləşməsinin ifadəsidir.