Tural Əhmədov: Bu il 4891 müraciətə müsbət cavab verilib

25 Dekabr, 2024 - 11:15
Tural Əhmədov: Bu il 4891 müraciətə müsbət cavab verilib
Tural Əhmədov: Bu il 4891 müraciətə müsbət cavab verilib

“Cari ildə 6013 müraciət üzrə xaricdə əldə olunan kvalifikasiyanın ekspertizası, qeyri-formal və informal təhsil sahəsində tanınma həyata keçirilib”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində deyib.

O qeyd edib ki, 4891 müraciətə müsbət, 1122 müraciətə mənfi rəy verilib.