Türkiyədə məktəbli avtobusu dərəyə aşdı: 9 yaralı

19 Fevral, 2026 - 15:34
Türkiyədə məktəbli avtobusu dərəyə aşdı: 9 yaralı

Türkiyənin Adana vilayətinin Ceyhan rayonunda şagirdləri daşıyan servis mikroavtobusu yol kənarındakı dərəyə düşüb.

"Azərbaycan müəllimi" Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində ümumilikdə 9 nəfər xəsarət alıb. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu, digər şəxslərin isə vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisə yerinə ətrafdakıların məlumatı əsasında yanğınsöndürən, təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Nəqliyyat vasitəsində yaralanan sürücü və 8 şagird yanğınsöndürənlər tərəfindən çıxarılaraq tibb işçilərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.