Türkiyədə selə görə məktəblərdə tədris dayandırılıb
Türkiyənin Samsun vilayətinin Havza rayonunda baş verən güclü sel və daşqınlar səbəbindən təhsil prosesi bir günlük dayandırılıb.
"Azərbaycan müəllimi" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aramsız leysan yağışlarının yaratdığı təbii fəlakət nəticəsində 12 nəfər xəstəxanaya yerləşdirilib.
Təbii fəlakətlə əlaqədar Havza rayonundakı bütün məktəblərdə 13 may tarixində dərslər dayandırılıb. Eyni zamanda seldən zərər görən və təmizlik işləri aparılan 25 may ibtidai məktəbi, Çayırözü ibtidai məktəbi və Mərkəz ibtidai məktəbində də tədrisə ara verildiyi açıqlanıb.



