Türkiyənin 11 universiteti QS reytinqində top 500-lükdə yer alıb

27 Mart, 2026 - 16:33
Türkiyənin 11 universiteti QS reytinqində top 500-lükdə yer alıb

Böyük Britaniyanın “QS Quacquarelli Symonds” şirkəti tərəfindən 2026-cı il üçün hazırlanan dünya universitetləri fənn reytinqinin ilk 500-lüyünə Türkiyədən 11 universitet daxil edilib.


“Azərbaycan müəllimi” xəbər verir ki, Londonda yerləşən reytinq təşkilatı 100 ölkədən 1900-dən çox ali təhsil müəssisəsini qiymətləndirib.  QS-in bu günə qədər apardığı ən əhatəli araşdırmada Türkiyədən ümumilikdə 11 universitet müxtəlif sahələrdə dünyanın ilk 500 universiteti arasında yer almağı bacarıb.

 
Ankara Universiteti, Bilkent Universiteti, Boğaziçi Universiteti, Qazi Universiteti, Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTU), İstanbul Universiteti (İU), Koç Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ), Sabancı Universiteti və Yıldız Texniki Universiteti (YTÜ) müxtəlif sahələr üzrə ilk 500-lükdə yer alıb.


Reytinq 5 əsas sahə və 55 alt-sahə üzrə qiymətləndirilib: “Humanitar elmlər və incəsənət”, “Mühəndislik və texnologiya”, “Elm və tibb”, “Təbiət elmləri” və “Sosial elmlər və biznes”.
Qiymətləndirmə beş göstərici üzrə aparılıb: “akademik nüfuz”, “işəgötürənin nüfuzu”, “məqalə başına tədqiqat sitatları”, “H-indeks” və “beynəlxalq tədqiqat şəbəkəsi”.

“İncəsənət və humanitar”
QS-in dünya universitetləri reytinqində 9 Türkiyə universiteti "İncəsənət və humanitar elmlər" sahəsində ilk 500 universitet arasında yer alıb.


ODTU 242-ci, İstanbul Universiteti 279-cu, İstanbul Texniki Universiteti 284-cü, Hacettepe Universiteti və Boğaziçi Universiteti 305-ci, Koç Universiteti 383-cü və Ankara Universiteti 391-ci yerdə qərarlaşıb. Bilkent Universiteti 401-450, Qazi Universiteti isə 451-500 bal aralığında olub.

“Mühəndislik və texnologiya”
İstanbul Texniki Universiteti  "Mühəndislik və texnologiya" sahəsində dünyanın ilk 100 universiteti arasında 91-ci, ODTU 103-cü, Boğaziçi Universiteti 236-cı, Koç Universiteti 243-cü, Sabancı Universiteti 266-cı, Yıldız Texniki Universiteti 273-cü və Bilkent Universiteti 290-cı olmaqla, hamısı ilk 300 universitet arasında yer alıb. Hacettepe Universiteti də 364-cü yerdə qərarlaşaraq bu sahədə ilk 500 universitet arasında yer alan 8-ci Türkiyə universiteti olub.

“Sosial elmlər və biznes”
"Sosial elmlər və biznes" sahəsində ODTU 173-cü, Boğaziçi Universiteti 217-ci, Koç Universiteti 252-ci, Bilkent Universiteti 278-ci, İstanbul Universiteti 346-cı, İTU və Sabancı Universiteti isə 353-cü yerdə qərarlaşıb. Hacettepe Universiteti 401-450 aralığında, Ankara Universiteti isə 451-500 aralığında olub. Beləliklə, bu sahədə ilk 500-lükdə cəmi 9 universitet yer alıb.

"Elm və tibb", "Təbiət elmləri"
Hacettepe Universiteti "Elm və tibb" sahəsində 308-ci, Ankara Universiteti isə 390-cı yerdə qərarlaşıb. 451-500 bal aralığında yer alan İstanbul Universiteti, bu sahədə ilk 500-lüyə daxil olan yalnız üç Türkiyə universitetindən biri olub.


"Təbiət elmləri" sahəsində ITU 251-ci, ODTU isə 300-cü yerdə qərarlaşaraq ilk 300-lüyə daxil olub. Ankara Universiteti və Hacettepe Universiteti isə 451-500 aralığında yer tutaraq bu sahədə ilk 500-lüyə daxil olan dörd Türkiyə universiteti arasında yer alıb.

Erol Özvar: Böyük hədəflərə çatmaq səylərimizi davam etdiririk
Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar Türkiyə universitetlərinin beynəlxalq arenada artan uğurlarından məmnunluğunu ifadə edib.

 
"Türkiyə ali təhsili qlobal rəqabətdə ən yüksək reytinqlərə yüksəlməyə davam edəcək. Birlikdə daha böyük hədəflərə çatmaq üçün planlı və qətiyyətli səylərimizi davam etdiririk. Reytinqdə yer alan bütün universitetlərimizi təbrik edirəm", -  deyə E.Özvar bildirib.