Ümumi təhsil müəssisələrinin 99,3 faizində kompüter var – Statistika

27 Avqust, 2026 - 15:27
Ümumi təhsil müəssisələrinin 99,3 faizində kompüter var

Dövlət Statistika Komitəsinin “Azərbaycanda rəqəmsal inkişaf” statistik məcmuəsinin növbəti buraxılışında 2021–2025-ci illər üzrə rəqəmsal inkişafla bağlı məlumatlar təqdim olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki,  2025-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, ümumi təhsil müəssisələrinin 99,3 faizində kompüter var.

Məlumata əsasən, 2025-ci ildə kompüteri olan ümumi təhsil müəssisələrinin sayı 4167 olub.

Ümumi təhsil müəssisələrində mövcud kompüterlərin sayı da son illərdə artıb. Belə ki, 2023-cü ildə müəssisələrdə 113 889 kompüter olduğu halda, 2024-cü ildə bu rəqəm 135 984, 2025-ci ildə isə 176 034 olub.

İnternetə çıxışı olan ümumi təhsil müəssisələrinin sayı 2023-cü ildə 3380, 2024-cü ildə 3387, 2025-ci ildə isə 3432 təşkil edib.

2025-ci ildə internetdən istifadə etmiş şagirdlərin sayı isə 963 356 nəfər olub.