UNEC və “AZROKSAN” şirkəti əməkdaşlıq edəcək

2 Oktyabr, 2026 - 12:47
UNEC və “AZROKSAN” şirkəti əməkdaşlıq edəcək

6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX 2026 çərçivəsində UNEC ilə “AZROKSAN” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, rektor professor Ədalət Muradov və “AZROKSAN” şirkətinin İcraçı direktoru Mehmet Ali Tahancalıonun imzaladıqları sənəd UNEC tələbələrinin innovativ bacarıqlarının və praktiki vərdişlərinin inkişafına dəstək, onların nəzəri biliklərinin real iş mühiti ilə əlaqələndirilməsi və müasir əmək bazarının tələblərinə uyğun kompetensiyalarının formalaşdırılması məqsədilə birgə fəaliyyət istiqamətlərini əhatə edir.

UNEC və “AZROKSAN” şirkəti əməkdaşlıq edəcək
UNEC və “AZROKSAN” şirkəti əməkdaşlıq edəcək