Vətəndaş müraciətlərinin statistikası açıqlanıb
Avqustun 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 64 628 vətəndaş müraciəti daxil olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, müraciətlərin 39 035-i çağrı mərkəzləri, 13 489-u elektron, 1 114-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 10 990 müraciət qeydə alınıb.
Müraciətlər məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, ali və peşə təhsili müəssisələrinə qəbul, şagird yerdəyişməsi, xarici diplomların tanınması və digər məsələlərlə bağlı olub.



