WUF13-ün təşkilatçılığı çox gözəldir - Sami Həccavi
“WUF13-ün təşkilatçılığı çox gözəl və çox uğurludur. Qonaqpərvərliyə və bu mühüm forumun təşkilinə görə Azərbaycana təşəkkür edirəm".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Fələstinin yerli idarəetmə naziri Sami Həccavi “Globalinfo.az”a müsahibəsində deyib.
“Biz buraya Fələstin xalqından dostlarımıza və beynəlxalq ictimaiyyətə çox mühüm mesajlar çatdırmaq üçün gəlmişik. Biz bilirik ki, Azərbaycan xalqı və Azərbaycan hökuməti də Fələstinə rəğbət bəsləyir. Biz Qəzzanın yenidən qurulması və Fələstin probleminin iki dövlətli həll prinsipi əsasında həlli üçün BMT qətnamələrinin həyata keçirilməsində bu dəstəyə arxalanırıq”.



