Yaxın günlərdə diplom və attestatları "mygov"dan əldə etmək mümkün olacaq
"İlk elektron diplom peşə təhsili alan məzuna təqdim edilib".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlamasında qeyd edib.
O bildirib ki, bu il ümumi təhsil üzrə attestatları, peşə təhsili üzrə sertifikat və diplomları, eləcə də ali və orta ixtisas təhsili üzrə diplom və arayışların elektron formada verilməsi nəzərdə tutulur.
“İlk elektron diplomu peşə təhsili alan məzuna verilib. Bir neçə müəssisə artıq diplomlarını elektron qaydada təqdim edib. Yaxın günlərdə bu diplom və attestatların “mygov” platformasında və tətbiqində əlçatanlığı təmin ediləcək".
İdarə rəisi bildirib ki, təhsil müəssisəsi təhsilalan haqqında məlumatları sistemdə təsdiqləyib imzaladıqdan sonra elektron attestat, diplom və sertifikat avtomatik formalaşır:
"Bu, sənədlərin elektron qaydada yoxlanılmasına və vaxt itkisi olmadan vətəndaşa təqdim edilməsinə imkan yaradır".
-
ƏləmdarUğurlar1 ay əvvəlCavablaLike (1) -
Raul OrucluMən atestatimi görmək isdəyirəm1 ay əvvəlCavablaLike (1) -
NəzrinHayıf biz əldən ala bilməyəcik yəni illərdir əziyyət çəkirik indi elektron formada vermələri heç düzgün deyil heç olmazsa hər iki formada versə idilər.1 ay əvvəlCavablaLike (1) -
Suleymanova nəzrinXeyli olsun herkese1 ay əvvəlCavablaLike (0) -
Suleymanova nəzrinXeryli olsun herkese1 ay əvvəlCavablaLike (2) -
ElşadMasalli1 ay əvvəlCavablaLike (0)




