Yeni təmayül tədris modelli məktəbin 124 şagirdi tələbə oldu
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayül tədris modelinin tətbiq olunduğu Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk məzunlarından 124 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
İdarədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, məktəbin 6 sinfi maksimum nəticə göstərib - məzunların hamısı tələbə adını qazanıb.
Xatırladaq ki, 2026–2027-ci tədris ilində Lənkəran-Astara regionunda ümumilikdə 10 məktəbdə yeni təmayül tədris modeli tətbiq olunacaq. Bu məktəblər Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarını əhatə edir.




