"Yenilənmiş fənn kurikulumu əsasında yeni dərsliklər hazırlanacaq" – ARTİ-nin şöbə müdiri

23 Oktyabr, 2024 - 16:25

“Hazırda 8 fənn kurikulumunun təkmilləşdirilməsi prosesi davam edir. 2023-cü ilin yayından etibarən həm ”Azərbaycan tarixi", həm də “Ümumi tarix” fənn kurikulumlarının təkmilləşdirilməsinə başlanılıb".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bir neçə gün öncə "Tarix fənninin məzmununda yeniliklər" mövzusunda keçirilən vebinarda deyib.

O bildirib ki, təkmilləşdirilmiş hər iki fənn kurikulumu hazırda layihə mərhələsindədir. Ümid edirik ki, sənəd bir neçə ay ərzində tamamlanacaq və təsdiq ediləcək:

"Sonra yenilənmiş fənn kurikulumu əsasında yeni dərsliklər hazırlanacaq. Hazırlanmış dərslik isə minimum bir il pilot olaraq istifadəyə veriləcək. Daha sonra təkmilləşdirilərək kütləvi istifadəyə təqdim ediləcək. Yəni bu gün hazırlanan məzmun təqribən iki il sonra kütləvi olaraq  beşinci siniflərdən tətbiq olunmağa başlanılacaq”.