Yoxlama aparıldı, təhsil sektorunun müdiri işdən çıxarıldı

3 Fevral, 2025 - 12:43
Yoxlama aparıldı, təhsil sektorunun müdiri işdən çıxarıldı
Yoxlama aparıldı, təhsil sektorunun müdiri işdən çıxarıldı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Aparılmış nəzarət-yoxlama tədbirlərinin nəticəsinə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifəsindən azad edilib.