Zaqatala rayonunun təhsil sektoruna yeni müdir təyin olunub

14 Oktyabr, 2026 - 10:13
Zaqatala rayonunun təhsil sektoruna yeni müdir təyin olunub

Zaqatala rayonu üzrə təhsil sektorunun yeni müdiri Mehparə Mirzəyeva kollektivə təqdim edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, oktyabrın 13-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın müvafiq əmri ilə Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilən Mehparə Mirzəyevanın təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, rayon təhsil sektorunun əməkdaşları və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Günay Mahmudova yeni təyinat münasibətilə Mehparə Mirzəyevanı təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. İdarə müdiri təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmədə səmərəliliyin artırılması, eləcə də təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Mehparə Mirzəyeva isə ona göstərilən etimada görə təşəkkürünü bildirib. O, yeni vəzifəsində qarşıya qoyulan hədəflərə nail olmaq, təhsilin inkişafına töhfə vermək və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmək üçün səylə çalışacağını vurğulayıb.

Qeyd edək ki, “Tərəqqi” medalı ilə təltif olunan Mehparə Mirzəyeva uzun illər şəhid qardaşı Zəfər Murtuzəliyevin adını daşıyan Zaqatala şəhər 1 nömrəli tam orta məktəbdə müəllim işləyib. O, 2022-ci ilin noyabrında elm və təhsil nazirinin əmri ilə həmin məktəbə direktor təyin edilib.

Mehparə Mirzəyeva 2024-cü il martın 19-dan yeni təyinatınadək Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.