“Zəfərimizdə Azərbaycan müəlliminin rolu böyükdür” – Elm və təhsil naziri 

21 Noyabr, 2025 - 15:02
“Zəfərimizdə Azərbaycan müəlliminin rolu böyükdür”

“Uşağın inkişafına iki mühit təsir edir: ev mühiti və məktəb mühiti. Ailədə ata və ananın həyat tərzi, davranışı ilə ciddi problem yaratdığı uşağın inkişafı ilə bağlı müəllim artıq heç nə edə bilmir, kifayət qədər çətinlik çəkir həmin uşaqla. Bu böyük bir problemdir” . 

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında çıxışında deyib. 

Çıxışında məktəb mühitinin uşağın inkişafındakı roluna da toxunan Emin Əmrullayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərdə Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin də rolu böyükdür:

“Azərbaycan məktəbi həqiqətən də gənc nəsilə vətənpərvərlik, vətənə sevgi hissini aşılaya bilib. İnanıram ki, bundan sonra da belə olacaq”.