Zəif geomaqnit qasırğası gözlənilir
14 avqustda Günəşi tərk etmiş tac kütlə atılmalarının təsiri ilə 17-18 avqustda G1 səviyyəli (zəif) geomaqnit qasırğası olması ehtimalı var. Sonra isə əsasən sakit kosmik hava şəraiti gözlənilir.
Bu barədə "Azərbaycan müəllimi"nə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, 17–23 avqust C sinif alışmanın baş verməsi ehtimalı 80%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə və 10 MeV-dən çox enerji yüklü proton selinin fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin 14 avqustda Günəşi tərk etmiş TKA-ın təsiri ilə 17 avqustdan 600 km/san-dək sürətləcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 20–20%, orta geomaqnit enliklərdə isə 15-1%-dir.




