“Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi çərçivəsində debat yarışı keçirilib

26 Yanvar, 2026 - 10:30
“Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi çərçivəsində debat yarışı keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi olmuş “Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi üzrə növbəti mərhələ uğurla həyata keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin növbəti mərhələsi çərçivəsində Mingəçevir Gənclər Evində debat yarışı təşkil olunub. Tədbir layihənin məqsəd və hədəflərinə uyğun olaraq gənclərin hüquqi biliklərinin, media savadlılığının, tənqidi düşünmə və arqumentasiya bacarıqlarının inkişaf etdirilməsinə xidmət edib.

Debat yarışı Regional Debat Mərkəzinin peşəkar təlimçisi Səbinə Əliyeva tərəfindən həyata keçirilib. Təlimçi tərəfindən iştirakçılara debat qaydaları, arqumentlərin qurulması, faktlara əsaslanan mövqe bildirmə, informasiya ilə işləmə və mediada hüquqi mövzuların düzgün təqdim olunması ilə bağlı ətraflı məlumat verilib. Debat prosesi media formatına uyğun şəkildə təşkil olunaraq gənclərin açıq fikir ifadəsi, mövqe müdafiəsi və ictimai çıxış bacarıqlarını nümayiş etdirməsinə şərait yaradıb.

Debat zamanı iştirakçılar hüquqi və ictimai əhəmiyyətli mövzular ətrafında müzakirələr apararaq faktlara əsaslanan arqumentlər səsləndiriblər. Yarış gənclər arasında sağlam rəqabət mühitinin formalaşmasına, hüquqi məsələlərə fərqli baxış bucağından yanaşılmasına və media savadlılığının praktik tətbiqinə imkan yaradıb.

Təlimçi Səbinə Əliyeva  keçirilən debat yarışının, layihənin əsas məqsədlərinə uyğun olaraq gənclərin hüquqi düşüncə tərzinin formalaşmasına, mediada məsuliyyətli davranışın təşviqinə və ictimai fəallığın artırılmasına mühüm töhfə verdiyini bildirib. Bu kimi interaktiv fəaliyyətlər gənclərin həm hüquqi, həm də media mühitində daha fəal və məlumatlı iştirakına şərait yaradıldığını vurğulayıb. 

Qeyd edək ki, “Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi çərçivəsində növbəti mərhələlərdə də gənclər üçün media turun təşkili nəzərdə tutulub.