150-dən çox müəssisənin beynəlxalq elmi bazalara çıxışı var - Ülkər Səttarova

16 Noyabr, 2026 - 15:50
150-dən çox müəssisənin beynəlxalq elmi bazalara çıxışı var

2026-cı ildə Azərbaycanda 150-dən çox müəssisənin “Scopus” və “Web of Science” beynəlxalq elmi informasiya bazalarına çıxışı təmin olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Tbilisidə keçirilən Azərbaycan–Gürcüstan Rektorlar Konfransında “Azərbaycanda elmi-tədqiqat əməkdaşlığının və beynəlmiləlləşmənin inkişafı” mövzusunda təqdimatı zamanı məlumat verib.

Agentlik direktoru “Cambridge University Press” ilə əməkdaşlıq çərçivəsində elmi nəşrlərə çıxış və açıq elmi nəşr imkanlarından da danışıb.

Təqdimatda Azərbaycanda elm və ali təhsil sahəsində həyata keçirilən islahatlar, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və ali təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Ülkər Səttarova ali təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq ikili diplom proqramlarının genişləndirilməsi, elmi tədqiqatların və innovasiyaların təşviqi üzrə həyata keçirilən tədbirlərdən bəhs edib.

Elm və təhsilin inteqrasiyası istiqamətində institusional dəyişikliklərə toxunan agentlik direktoru Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təsis edilməsi, ali təhsil və elmi müəssisələr arasında birgə tədqiqat fəaliyyətinin təşviqi barədə məlumat verib.

Sonda elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsinin, universitetlərin beynəlxalq əlaqələrinin gücləndirilməsinin və birgə elmi təşəbbüslərin inkişafının əhəmiyyəti vurğulanıb.

150-dən çox müəssisənin beynəlxalq elmi bazalara çıxışı var
150-dən çox müəssisənin beynəlxalq elmi bazalara çıxışı var
150-dən çox müəssisənin beynəlxalq elmi bazalara çıxışı var
150-dən çox müəssisənin beynəlxalq elmi bazalara çıxışı var