2 617 namizəd peşə təmayüllü siniflərə işə qəbul üzrə imtahan verəcək
Peşə təmayüllü siniflər üzrə işə qəbul imtahanı avqustun 12-də keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, imtahana işə qəbul prosesinin növbəti mərhələsinə keçən 2 617 namizəd dəvət olunub. Namizədlərə imtahanla bağlı SMS bildirişləri göndərilib.
İmtahan saat 10:00-da başlayacaq və 150 dəqiqə davam edərək saat 12:30-da yekunlaşacaq.
Qeyd edək ki, peşə təmayüllü siniflər üzrə işə qəbul üçün ümumilikdə 5 845 müraciət daxil olub. Hazırda 207 vakansiya üzrə işə qəbul həyata keçirilir.




