203 nömrəli məktəbdə xəsarət alan şagirdlə bağlı AÇIQLAMA

13 Mart, 2026 - 14:02
203 nömrəli məktəbdə xəsarət alan şagirdlə bağlı

Martın 13-də Bakı şəhəri 203 nömrəli tam orta ümumtəhsil məktəbində tənəffüs vaxtı (saat 10:25 radələrində) IX sinif şagirdlərindən biri digərinə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) xəsarət yetirib.

BŞTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.