21 beynəlxalq olimpiada, 63 medal: Azərbaycan şagirdlərinin ötənilki nəticələri
Nazirlik tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalara Hazırlıq mərkəzlərində 5 müxtəlif fənn və müxtəlif yaş qrupları üzrə 500-dən çox şagird bu prosesə qoşulub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu məlumat Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, ötən il milli komandalarımız 21 fərqli beynəlxalq fənn olimpiadalarında iştirak edib, birinci yer üzrə 6 medal, ikinci yer üzrə 22 medal, üçüncü yer üzrə 35 medal olmaqla, 63 medal və 18 həvəsləndirici sertifikat qazanılıb.



