Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar
9-16 avqust tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2026) məktəblilərimiz 3 bürünc medal qazanıblar.
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib.
Bürünc medalçılarımız:
Həsən Vəliyev – 157 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi
Əkbər Əhmədov – Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi
Əhməd Qəmbərli – Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi
Qeyd edək ki, İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.




