3 ildə 80 mindən çox müəllim sertifikatlaşdırmada iştirak edib
Sertifikatlaşdırma prosesinin 4 fənn üzrə keçirilən birinci mərhələsi başa çatıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda tədbirdə bildirib.
Nazir qeyd edib ki, 2022–2025-ci illər ərzində təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib. Bu dövr ərzində ibtidai sinif üzrə 31 852, Azərbaycan dili və ədəbiyyat üzrə 9 892, riyaziyyat üzrə 8 807, xarici dil üzrə isə 13 957 müəllim sertifikatlaşdırmaya cəlb olunub və proses yekunlaşıb.
Hazırda biologiya (3 544 nəfər), kimya (2 572 nəfər), fizika (3 629 nəfər), coğrafiya (3 487 nəfər) və informatika (3 432 nəfər) fənləri üzrə müəllimlərin sertifikatlaşdırılmasının ikinci mərhələsi davam etdirilir.



