Sertifikatlaşdırmaya cəlb olunacaq tərbiyəçi-müəllimlər üçün vebinarlar olacaq

2 Noyabr, 2026 - 11:12
Sertifikatlaşdırmaya cəlb olunacaq tərbiyəçi-müəllimlər üçün vebinarlar olacaq

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması prosesinə hazırlığını dəstəkləmək məqsədilə məlumatlandırma və dəstək vebinarları təşkil olunur.

"Azərbaycan müəllimi" xəbər verir ki, vebinarların əsas məqsədi təhsilverənləri sertifikatlaşdırılması prosesinin təşkili və məzmunu barədə ətraflı məlumatlandırmaq, onların peşəkar və psixoloji hazırlığını gücləndirmək, eləcə də hüquq və vəzifələri ilə bağlı məlumatlılıqlarını artırmaqdır. 

Vebinarların təqvimi:
4 noyabr | saat 16:00
Qiymətləndirmə çərçivə sənədinin təhlili

6 noyabr | saat 16:00
Sertifikatlaşdırma prosesinin təşkili qaydaları

10 noyabr | saat 16:00
Tərbiyəçi-müəllimlərin hüquq və vəzifələri

11 noyabr | saat 16:00
Psixoloji hazırlıq və stressin idarə olunması

Vebinarlar tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması prosesinə daha inamlı, məlumatlı və hazırlıqlı şəkildə qoşulmasına dəstək olmağı hədəfləyir.