300 bal toplayan kənd məktəblisindən növbəti uğur

30 Aprel, 2026 - 11:17
300 bal toplayan kənd məktəblisindən növbəti uğur

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızı növbəti bir uğur əldə edib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Emiliya Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə gümüş medal qazanıb.

Qeyd edək ki, Qayıbova Emiliya Vitalik qızı 15 mart tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayaraq maksimum nəticə göstərib. O, "Azərbaycan müəllimi"nə müsahibəsində imtahana repetitorsuz hazırlaşdığını söyləmişdi.