300 tələbəyə əlavə 100 manat təqaüd veriləcək
Hər il qəbul imtahanlarında 500 bal və daha yüksək nəticə göstərərək ixtisas seçimi mərhələsində I və ya II sırada müəllimlik ixtisaslarını seçərək ali təhsil müəssisələrinə qəbul olunan ölkə universitetləri üzrə ən yüksək nəticəli ilk 300 nəfər tələbə Elm və Təhsil Nazirliyi tərəfindən verilən "Gələcəyin müəllimi" təqaüdünü almaq şansı qazanırlar.
ADPU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bu təqaüd yüksək nəticələrlə müəllimlik peşəsinə yiyələnmək istəyən gənclər üçün motivasiya olaraq nəzərdə tutulur və məbləği aylıq 100 AZN təşkil edir.
Əgər "Gələcəyin müəllimi" təqaüdü alan tələbə 4 illik təhsil müddətində (qoşa ixtisarlarda 5 il) müəyyən olunan ortalama müvəffəqiyyət göstəricilərini (71 və daha yüksək) qoruyarsa, məzun olana qədər təqaüddən yararlana bilər.
Hər hansı semestrdə yaranan müvəffəqiyyətsizlik yalnız növbəti semestr üzrə təqaüdün dayandırılmasına səbəb olur və növbəti semestrdə tələbənin yenidən yüksək nəticə göstərərək təqaüd alma şansı var.




