308 nömrəli məktəbdə istiliyin verilməsi niyə dayandırılıb? – AÇIQLAMA
Bakı şəhəri Yasamal rayonunda yerləşən 308 nömrəli tam orta məktəbdə istiliyin verilməsində fasilə yaranıb.
Məsələ ilə bağlı "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbə gələn yeraltı qaz xəttində yaranan sızmaya görə istiliyin verilməsində fasilə yaranıb: "308 nömrəli tam orta ümumtəhsil məktəbi fərdi qazanxana vasitəsilə istiliklə təmin edilir.
Məktəbə gələn yeraltı qaz xəttində yaranan sızmaya görə qaz təminatı aidiyyəti qurum tərəfindən dayandırılıb. Bu baxımdan məktəbə istiliyin verilməsində qısamüddətli fasilə yaranıb".
Açıqlamada qeyd edilib ki, məsələ nəzarətə götürülüb, qaz xəttinin aidiyyəti qurum tərəfindən yenilənməsi və qısa vaxt ərzində məktəbə verilən istiliyin bərpa olunması nəzərdə tutulur.


