3100-dən çox məktəbdə monitorinqlər keçirilib
“Agentlik tərəfindən şagird sağlamlığı və təhlükəsizliyi istiqamətində müəssisələrə göndərilən təlimatların icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə regional təhsil idarələri tərəfindən cari ilin ilk iki ayı ərzində 3100-dən çox məktəbdə monitorinqlər həyata keçirilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün təşkil olunan brifinqdə deyib.
O qeyd edib ki, monitorinqlərdə sanitar-gigiyenik vəziyyət, şagirdlərin maarifləndirilməsi istiqamətində aparılan tədbirlər, sosial-psixoloji xidmətlərin vəziyyəti, məktəblərin infrastruktur vəziyyəti, bullinq əleyhinə tədbirlərin keçirilməsi və s. məsələlər nəzərdən keçirilib.



