5 nüfuzlu universitetə qəbul olan BMU məzunu Böyük Britaniyada təhsil alacaq
Bakı Mühəndislik Universitetinin (BMU) “İnformasiya təhlükəsizliyi” ixtisasının məzunu İsmayıl Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.
Bu barədə "Azərbaycan müəllimi"nə BMU-dan məlumat verilib.
Bildirilib ki, İsmayıl Əliyev 2022-ci ildə 562 balla BMU-ya qəbul olub. O bu il bakalavr təhsilini 96,8 ümumi orta müvəffəqiyyət göstəricisi ilə uğurla başa vurub.
BMU məzunu Böyük Britaniyanın Vorvik, Birminhem və Bristol universitetlərindən, eləcə də Latviyanın Riqa Texniki Universiteti və Litvanın Kaunas Texnologiya Universitetindən qəbul alıb.
Vorvik Universitetinə üstünlük verən İsmayıl Əliyev magistr təhsilini “Kibertəhlükəsizlik mühəndisliyi” ixtisası üzrə Dövlət Proqramı çərçivəsində alacaq.




