9 000-dən çox müəllim təlimlərə cəlb olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təqvim ili ərzində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 9 095 müəllimi və məktəbəqədər təhsil müəssisələrində çalışan 232 tərbiyəçi-müəllimi əhatə edən təlimlər keçirilib.
Bu barədə "Azərbaycan müəllimi"nə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, təlimlər məktəb-valideyn əməkdaşlığı, məktəb idarəçiləri üçün effektiv ünsiyyət strategiyaları, məktəb idarəetməsində İKT və süni intellektin tətbiqi, məktəb idarəetməsində data əsaslı yanaşma, tədrisdə diferensial yanaşma, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar baş tutub.


