Sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib

1 Sentyabr, 2026 - 15:28
Sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib

Bakı şəhəri təhsil işçilərinin Sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib. 

BŞTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, müzakirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavinləri Fəttah Fəttayev və Turanə Məcidli, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəbəqədər, ümumi təhsil və məkdəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, metodistlər, məktəb psixoloqları və uşaq birliyi rəhbərləri iştirak ediblər.

Paytaxtın inzibati rayonları üzrə 5 fərqli mərkəzdə təşkil olunan müzakirələr zamanı dərsdinləmələrin təşkili, məktəblərdə uğurlu təcrübələrin müəyyənləşdirilərək digər təhsil müəssisələri ilə paylaşılması, şagird davamiyyətinin möhkəmləndirilməsi və məktəbdaxili qiymətləndirmədə obyektivliyin artırılması, məktəbəqədər təhsildə təlim-tərbiyə prosesinin keyfiyyəti, inkişafetdirici və təhlükəsiz mühitin qorunması, eləcə də məktəbdənkənar təhsil müəssisələrində həyata keçirilən fəaliyyətlərin şagirdlərin maraq və ehtiyaclarına uyğunlaşdırılması,mövc ud resurslardan səmərəli istifadə, metodiki ehtiyacların müəyyənləşdirilməsi və növbəti tədris ilində bütün istiqamətlər üzrə fəaliyyətlərin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.  

Panel müzakirələrdə çıxış edən BŞTİ-nin müdir müavini Fəttah Fəttayev və Turanə Məcidli təhsil sahəsində qarşıda duran prioritet məsələlərin birgə müzakirəsi baxımından görüşün əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda məktəb rəhbərləri və təhsil işçilərinin fikir və təkliflərini dinləməyin, mövcud çağırışlara birgə həll yolları müəyyənləşdirməyin önəmi vurğulanıb, təhsilin keyfiyyətinin yüksəldilməsi və hər bir şagird üçün daha əlverişli təhsil mühitinin formalaşdırılması istiqamətində əməkdaşlığın gücləndirilməsi diqqətə çatdırılıb.

Həmçinin panel müzakirələr təhsil müəssisələrində yeni tədris ilinin prioritetlərinin və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından faydalı platforma kimi dəyərləndirilib. Bildirilib ki, təhsil işçilərinin praktiki təcrübəsi, fikir və təklifləri idarəetmə prosesinin daha çevik və səmərəli qurulmasına mühüm töhfə verir və bu cür qarşılıqlı fikir mübadiləsi paytaxtın təhsil mühitinin daha da inkişafına xidmət edəcək.

Müzakirələrdə təhsil müəssisələrinin rəhbərləri, müəllimlər şəxsi təcrübələri və təlim metodları barədə fikirlərini bölüşüb, təkliflər səsləndirib, dəstəyə ehtiyac duyulan sahələrdən danışıblar.

Növbəti tədris ili üçün fəaliyyət planının hazırlanmasına dair müəllimlərin təklif və tövsiyələri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, paytaxt təhsil işçilərinin konfransı işini sentyabrın 2-də BŞTİ rəhbərliyinin iştirakı ilə yekun müşavirə ilə davam etdirəcək.

Sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib
Sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib
Sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib
Sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib
Sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib
Sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib
Sentyabr konfransı çərçivəsində panel müzakirələr keçirilib