Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

31 İyul, 2026 - 12:50
Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

Bu barədə "Azərbaycan müəllimi"nə BŞTİ-dən məlumat verilib.

Müsahibələrdə müvafiq komissiyalar tərəfindən namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqları qiymətləndirilir.

Müsahibə nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, 29 iyun-8 iyul 2026-cı il tarixlərində ərizə qəbulu mərhələsinin nəticələrinə əsasən, 109 namizəd BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir
Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir