Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib

13 Noyabr, 2026 - 12:43
Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib

“Təhsilverənlərin etik davranış Qaydaları”na yeni müddəa əlavə edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Qərara əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidirlər.

Eyni zamanda, təhsilverənlər tərəfindən intizam tədbiri olaraq uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağandır.