93 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

1 Oktyabr, 2024 - 13:13

Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 11 iyul tarixindən bu günə qədər ümumilikdə 93000-dən çox uşaq elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına qəbul edilib.

Qeyd edək ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir.